Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqtonda Tramp administrasiyasının qərarı ilə aralarında onillərlə təcrübəyə malik yüksək vəzifəli şəxslərin də olduğu yüzlərlə diplomat elektron poçt vasitəsilə vəzifəsindən uzaqlaşdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi təxminən 250 diplomatik əməkdaşın işinə qısa və rəsmi e-poçt vasitəsilə son verib.
Ötən il başladılan kadr ixtisarı prosesi min nəfərdən çox dövlət qulluqçusuna da təsir edib.Keçmiş rəsmilər bildirirlər ki, xüsusilə İran və Ukrayna böhranlarının davam etdiyi həssas bir dövrdə rəhbərliyə istiqamət verə biləcək enerji və diplomatiya üzrə ixtisaslaşmış bölmələr tamamilə bağlanıb.
Nazirlik isə bu addımların bürokratik ləngliyi aradan qaldırmaq məqsədilə atıldığını açıqlayıb.İxtisarlarla yanaşı, hazırkı administrasiya dövründə karyera diplomatlarının yüksələ biləcəyi imkanların məhdudlaşdırılması nəticəsində təxminən 2 min diplomat ya təqaüdə çıxıb, ya da istefa vermək məcburiyyətində qalıb.
Hazırda dünya üzrə ABŞ səfirliklərində 100-dən çox səfir vəzifəsinin boş qaldığı bildirilir. Keçmiş səfirlər yaşanan təcrübə itkisinin ABŞ-nin xarici siyasətinə uzunmüddətli perspektivdə ciddi zərər vuracağını və institusional yaddaşı zəiflədəcəyini vurğulayırlar.
Nazirlikdə illik fəaliyyət qiymətləndirmələrinə “administrasiyanın siyasətinə sadiqlik” meyarının əlavə olunması da əməkdaşlar üzərindəki təzyiqi artırır.
ABŞ Xarici İşlər Nazirliyinin sözçülüyü isə bütün tənqidləri rədd edərək həyata keçirilən islahatlar nəticəsində daha çevik və operativ işləyən struktur formalaşdırdıqlarını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin