Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb

20.06.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqları Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.

İlkin olaraq nümayəndə heyətinə Laçın Hava Limanı haqqında ətraflı məlumat verib. Diplomatlar hava limanında yaradılmış şəraitlə yaxından tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью