Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər AZƏRTAC

19.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью