Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Kamboca Krallığının baş naziri Hun Manetin rəsmi görüşü baş tutmuşdur. Bu görüş ölkələr arasında həm siyasi, iqtisadi və həm də humanitar əlaqələrin inkişaf etdiyinin göstəricisidir. Burada əsas məqsəd iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ticarət, təhsil, nəqliyyat və regional əlaqələrin gücləndirilməsidir.
Dövlət Başçımız qeyd etmişdir ki, iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlıq etmiş və bir-birini dəstəkləmişlər. Bəyanatda əsas xüsusi yeri əlaqələrin daha da intensivləşdirilməsi məsələsi yer almışdır. Buna görə də bu səfərin siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Ölkəmizin Asiya, xüsusilə də Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsi, bizim dünya miqyasında sülhpərvər olduğumuzu bir daha bütün dünyaya çatdırır.
Ölkə Başçımız İlham Əliyev Azərbaycanla Kamboca arasında hal-hazırda ticarət dövriyyəsinin məhdud səviyyədə olduğunu bildirmiş və buna görə də ticarət və investisiya sahəsində praktiki məsələləri araşdıracaq birgə işçi qrupunun yaradılması razılaşdırılmışdır. Bir sözlə buradan aydın olur ki, ölkələr arasında biznes əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bəyanatda humanitar əlaqələrin genişləndirilməsi də mühüm məsələlərdən biri olmuşdur. Prezidentimiz hələ sovet dövründə yüzlərlə kambocalı tələbələrin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin yenidən bərpasının vacibliyini dilə gətirmişdir. Həmçinin, turizm sahəsində də əməkdaşlıq maraq doğuran məsələlərdəndir.
Ölkəmizin ASAN xidmət modeli də bəyanatda qeyd olunmuşdur. Bu sistemə, qarşı tərəfdən marağın olması dövlətimizin vətəndaşlara xidmət sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə göstərdiyi təşəbbüskarlıqdır.
Bəyanatda mina problemi də xüsusi vurğulanmışdır. Prezident işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində 400-dən çox insanın həlak olduğunu və ya xəsarət aldığını qeyd etmişdir. Suverenliyimiz bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə fəal şəkildə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, Böyük Qayıdış Proqramının həyata keçirildiyini də qeyd etmişdir.
Sonda onu qeyd edim ki, bu iki ölkə arasındakı bəyanat Azərbaycan-Kamboca münasibətlərinin və birgə siyasi əlaqələrinin daha da genişlənməsinə, həmçinin Asiya regionunda da qarşılıqlı əlaqələrin inkişafına zəmin yaradacaq. Və bununla da diplomatiyamızın növbəti yeni uğurlu səhifəsi açılaraq, ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Əliəskərova Nuray
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini