Diplomatlara verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən aliment tutulmayacaq

10.12.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən aliment tutulmayacaq.

APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”ndə dəyişiklik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью