Diqqət! 7 avtobusun yolu dəyişdi

09.05.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda davam edən yol təmirinə görə bir neçə marşrut xəttinin trayektoriyası yenilənib. 9 may tarixindən etibarən 39, 61, 77, 88A, 96, 165 və 205 nömrəli avtobusların hərəkətində müvəqqəti dəyişikliklər qüvvəyə minib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən məlumata görə, məhdudiyyətlər əsasən iki böyük küçəni əhatə edir. Abbas Mirzə Şərifzadə küçəsinin bir hissəsi və Səməd Vurğun küçəsindəki müəyyən istiqamətlər bağlandığı üçün avtobuslar alternativ yollara yönləndirilib. Şərifzadə küçəsindən keçən avtobuslar hazırda Nazim Hikmət küçəsi və Mətbuat prospekti ilə hərəkət edir. 61 və 88A nömrəli marşrutlar isə sərnişinləri Azadlıq prospekti vasitəsilə daşıyır.

Təmir işlərinin 11 maya qədər davam etməsi planlaşdırılır. Bu müddət ərzində qeyd olunan istiqamətlərdə hərəkət edən sərnişinlərin alternativ marşrutlardan istifadə etməsi tövsiyə olunur.
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью