Diqqət! Alkoqol asılılığı olan insanlar bunu qəbul etsinlər ARAŞDIRMA

04.12.2024

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kofein alkoqol asılılığı riskini azaldır.
Demokrat.az
xəbər verir ki, İtaliya və ABŞ alimləri müəyyən ediblər ki, kofein alkoqolun beyinə təsirini azalda bilər. 
Araşdırma “Translational Psychiatry” jurnalında dərc olunub.
Tədqiqatlar siçanlar üzərində aparılıb. Nəticələr sübut edib ki, kofein salsolinolun əmələ gəlməsini əngəlləyir. 
Dopamin və asetaldehidin qarşılıqlı təsiri nəticəsində dopaminin opioid reseptorlarına təsirini gücləndirən salsolinol maddəsi əmələ gəlir. 
Bu, alkoqol asılılığı riskini artırır.
Nevroloq Rikkardo Makkioni deyib ki, kofein  alkoqol əleyhinə dərman olan naltrekson kimi hərəkət edir ki, bu da spirtin dopamin sistemini stimullaşdırmasının qarşısını alır. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью