DİQQƏT: Bakıda 89 ballıq zəlzələ təhlükəsi olan ərazilər var

30.11.2024

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.

Ölkə.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Qurban Yetirmişli bildirib ki, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью