DİQQƏT! Bakıda güclü külək əsəcək XƏBƏRDARLIQ

05.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Pepperoni pizza

Gədəbəy, Göygöl, Şərur, Sədərək, Quba, Salyan, Şirvan, Sabirabad, Saatlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı, Zərdab, Ağdaş, Ağcabədi, Xocavənddə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью