DİQQƏT: Bakının bu ərazisində qaz olmayacaq

27.11.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya "Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью