DİQQƏT: BakıXırdalanSumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir Yeni Çağ Media

05.11.2024

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 qlobal iqlim konfransının keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə noyabrın 11-23-də Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Yenicag.az-a bildirilib ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş noyabrın16-23 daxil olmaqla): Bakıdan saat 08:10, 17:50 və 19:05, Sumqayıtdan saat 07:20, Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью