Diqqət: Bu ərazidə qaz kəsildi

15.03.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astara şəhəri, M.Əzizbəyov küçəsində yeni kanalizasiya xətlərinin çəkilişi zamanı orta təzyiqli yeraltı qaz xətti zədələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələri üzrə ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

“Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq”, – deyə məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью