DİQQƏT! Bu ərazilərdə qaz OLMAYACAQ

05.11.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və “8-ci Mədən” QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar 06.11.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью