Diqqət! Bu ərazilərdə qaz olmayacaq

27.04.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Globalinfo.az xəbər verir ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçataq kəndlərində saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью