DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

19.08.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçələrinin kəsişməsində və M.Mehdizadə küçəsində, həmçinin "Qaz İxrac” İdarəsi tərəfindən "30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 19.08.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq. SİA xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb. Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələrinin, 8 Noyabr (bir hissəsi) və Babək prospektlərinin, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью