DİQQƏT: Bu fənlər dərsliklərdən çıxarılacaq? KONKRET

27.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ədəbiyyat və tarix fənlərinin gələcəkdə “mədəniyyət” adı altında birləşdiriləcəyi ilə bağlı yayılan iddialar cəmiyyətdə müzakirələrə səbəb olub. Maraqlıdır, bu zaman ədəbiyyat və tarix fənlərinin dərslikdən çıxarılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bu ehtimalın real olmadığını bildirib.

Ekspertin sözlərinə görə, ədəbiyyat və tarixin dərsliklərdən çıxarılması və ya mədəniyyət fənni altında birləşdirilməsi düzgün yanaşma deyil:

“Bu vəziyyətin yaranacağına inamım gəlmir. Ədəbiyyat və tarix fənni mədəniyyət adı altında dəyişdiriləcək düşüncəsi ilə daha çox insan və cəmiyyət fənnlərini nəzərdə tuturlar. Tarix fənninin tam çıxarılması əlbəttə ki, doğru olmaz. Eləcə də ədəbiyyat fənninin ləğvi mümkün deyil. Burada söhbət Azərbaycan ədəbiyyatından və tarixindən gedir.”

Ramin Nurəliyev qeyd edib ki, mədəniyyət dərsləri əsasən dünyagörüşünün formalaşdırılması və əxlaqi-tərbiyəvi biliklərin aşılanmasına xidmət edir. Tarix və ədəbiyyat fənnləri isə şagirdlərə konkret elmi biliklər verir:

“Mədəniyyət dərsləri ümumi dünyagörüşü formalaşdırır. Amma tarix və ədəbiyyat dərsləri birbaşa ölkənin tarixi, ədəbi irsi haqqında bilik verir. Bu fənlərin birləşdirilib tarix və ya ədəbiyyatın çıxarılması tamamilə doğru deyil. Belə bir dəyişikliyi mümkünsüz hesab edirəm.”

Ekspert əlavə edib ki, mədəniyyət dərsinin ayrıca keçirilməsi mümkün olsa da, tarix və ədəbiyyat fənnləri hər bir vətəndaş üçün vacibdir və təhsil sistemindən çıxarıla bilməz.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью