DİQQƏT: Bu gün Yasamalda qaz olmayacaq

13.10.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq.

Azəriqaz İstehsalat Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar bu gün 10:00-dan işlər tamamlananadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz təchizatında fasilə yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью