DİQQƏT: Bu şəxslər 200 manat cərimələnəcək… KONKRET

22.01.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 1-dən etibarən kirayə mənzillərdən əldə olunan gəlirlərə tətbiq edilən vergi qaydalarında dəyişiklik edilib. Maraqlıdır, kirayə müqaviləsi bağlamayanları hansı cəza gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, bu ildən vergi qanunvericiliyində mühüm dəyişikliklər qüvvəyə minib.

“Əvvəl kirayə müqavilələrindən əldə olunan gəlirlərə görə 14 faiz mənbədən tutulan vergi hesablanırdı. Yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən bu dərəcə 10 faizə endirilib. Lakin verginin aşağı salınması vətəndaşları vergi uçotundan yayınmağa əsas vermir”.

Hüquqşünas vurğulayıb ki, vətəndaş mütləq şəkildə vergi uçotuna düşməli və müvafiq vergini ödəməlidir.

“Əks halda ciddi sanksiyalar tətbiq olunur. Belə ki, əvvəllər vergi uçotuna düşməməyə görə 40 manat cərimə nəzərdə tutulurdusa, artıq bu məbləğ 200 manata qaldırılıb.

Bundan başqa, vətəndaşın vergi ödəməməsi halı aşkarlandıqda, vergi orqanı həmin dövriyyəni hesablayır və ödənilməli olan məbləğin 5 misli həcmində cərimə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq oluna bilər”.

Ramil Süleymanov qeyd edib ki, cərimələrdən yayınmağın yeganə yolu kirayə münasibətlərini müqavilə ilə rəsmiləşdirmək və vergi öhdəliklərini vaxtında yerinə yetirməkdir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью