DİQQƏT! Bu yolda sürət həddi endirildi

07.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti olaraq azaldılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda bütün hərəkət zolaqları üzrə müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Bununla əlaqədar Mərkəzin əməkdaşları tərəfindən elektron məlumat tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью