DİQQƏT! Bu yollar 2 günlük bağlanır

23.02.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью