Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Orta hesabla bir insan gün ərzində 1.5–2.5 litr su qəbul etməlidir.
Bu miqdar fərdin yaşına, çəkisinə, fiziki aktivliyinə, həmçinin hava şəraitinə görə dəyişə bilər.
Dəri nəmliyinin qorunması üçün isə nizamlı şəkildə su qəbul etmək vacibdir.
Bu, bir dəfəyə çox miqdarda su içməkdən daha çox, gün ərzində bölünmüş şəkildə qəbul edilməlidir".
Bu sözləri SİA-ya terapevt Günay Musayeva deyib. Onun sözlərinə görə, çay və qəhvə kimi kofeinli içkilər sidikqovucu təsirə malik olduğundan
Buna görə də onların həddindən artıq qəbulundan çəkinmək lazımdır.
Bundan əlavə, axşam saat 5–6-dan sonra qida qəbulunu tamamilə dayandırmaq və o gecə aclığını təmin etmək həm ümumi sağlamlığa, həm də dərinin nəmlənməsinə müsbət təsir göstərir.
Belə ki, “beta-oksidləşmə” adlanan yeni yağların yanma prosesi gecə saatlarında daha sürətli olur. Bu prosesin son məhsulu isə sudur.