Diqqət hərrac var: 34 avtomobil satışa çıxarıldı, 7 mindən başlayır

17.02.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkəti - “Azərsığorta” ASC-nin 34 avtomobili 6 mart 2025-ci il tarixində saat 10:30-da təkrar hərraca çıxarılacaq.

Avtosfer.az xəbər verir ki, hərracda 2019-cu il buraxılışlı “Khazar Peugeot” markalı avtomobillərin start qiyməti 48 min 375 manat olaraq müəyyən edilib. 

Eyni zamanda, 2015-ci il buraxılışlı “Naz Lifan LF 7185-720” markalı avtomobilin qiyməti 7 min 350 manat, “Chevrolet Niva” və “VAZ” markalı avtomobillərin hər biri isə 41 min 625 manata təklif ediləcək.

Qeyd edək ki, nəqliyyat vasitələri 3-cü dəfə təkrar hərraca çıxarılır və 25% endirim tətbiq olunacaq.

Avtomobillərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью