DİQQƏT! İki rayonda qaz kəsiləcək

22.06.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью