Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İşə getmədinsə, maaş da yoxdur” düşüncəsi cəmiyyətdə uzun illərdir dəyişməz bir qayda kimi qəbul olunur.
Bu isə ictimaiyyətdə haqlı suallar doğurur: İşə getmədən əmək haqqı almaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu məsələyə aydınlıq gətirən konkret müddəalar mövcuddur.
Tağı Hüseynov
“Məcəllənin 230-cu maddəsinə əsasən, işçilərin təqsiri olmadan müəssisələrdə və ya iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırılması hallarında işçilərin iş yeri və vəzifəsi saxlanılır, eyni zamanda onların orta aylıq əməkhaqqı ödənilir.
Bu norma işçilərin hüquqlarının qorunmasına xidmət edir və təhlükəsizlik tələblərinin pozulması səbəbindən yaranan fasilələrə görə əməkdaşların maddi zərərə məruz qalmasının qarşısını alır”.
Onun fikrincə, işin dayanmasına işçinin özü səbəb olmadıqda, əməkhaqqının saxlanılması tam qanuni hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az