Diqqət: İşıq olmayacaq Yeni Gündəm

16.11.2024

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq “Şərur” yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью