Diqqət! Kibercinayət üsulları dəyişdi DİN rəsmisi

30.04.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Kibercinayət üsullarının dəyişdiyi, niyyətin dəyişmədiyi daha bir gün – 36051 manat zərər olub. Bir gündə kartlardan bu qədər vəsait oğurlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, aprelin 29-da 21 fakt üzrə ayrı-ayrı vətəndaşların bank kartlarından 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul oğurlanıb:

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью