Diqqət Marketdən qaytarılan belə pulları təcili dəyişdirin!

14.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bəzən vətəndaşlar marketlərdə, ticarət mərkəzlərində üstündə müxtəlif yazı və işarələr olan kağız pulları tələskənlikdən, ya da dalğınlıqdan götürürlər. Pulun yararsız olduğunu isə yalnız sonradan, başqa yerdə ödəniş etmək istəyərkən anlayırlar. Belə məqamlarda vətəndaş ya pulu aldığı yerdən uzaqlaşmış olur, ya da geri qayıdıb dəyişdirməyə utanır. Bir çox hallarda isə həmin pulu başqa yerlərdə qəbul etmirlər.
Bəs belə vəziyyətlə üzləşən vətəndaş nə etməlidir? Üzərində yazı və simvollar olan pullar həqiqətən yararsız sayılırmı və onların dəyişdirilməsi üçün hara müraciət etmək lazımdır?
Azərbaycan Mərkəzi Bankının qüvvədə olan qaydalarına əsasən, üzərində vizual olaraq nəzərəçarpan yazı, qeyd, simvol və ya ləkə olan kağız manat əsginasları, bir qayda olaraq, tədavülə yararsız hesab edilir. Lakin vətəndaşlar bundan narahat olmasın, həmin pul avtomatik olaraq dəyərini itirmir. Sadəcə, artıq dövriyyəyə buraxılması üçün yararlı sayılmır və dəyişdirilməlidir.
 

Vətəndaş üzərində yazı və ya simvol olan pulları Mərkəzi Bankın Bakıda yerləşən xidmət ofisinə təqdim edə bilər. Mərkəzi Bankda bu xidmət ödənişsizdir. Digər banklara da müraciət etmək mümkündür, amma başqa kommersiya banklarında bu xidmət bankın tarif siyasətinə uyğun olaraq ödənişli ola bilər.


Belə yararsız pulun dəyəri olduğu kimi geri qaytarılırmı?
Mərkəzi Bankın məlumatına görə, əsginasın həqiqiliyi və nominal dəyərinin ödənilməsi üçün tələb olunan şərtlərə uyğunluğu təsdiqlənərsə, onun dəyəri ödənilir.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью