DİQQƏT: “Original” adı altında satılan təmizlik vasitəsi qadağan edildi

02.10.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Ticarət Nazirliyi Ankara mərkəzli təmizlik markasının istifadəsinin təhlükəli olduğunu əsas gətirərək bazardan geri çəkməyə qərar verib.

Tribunainfo.az xəbər verir ki, yoxlamalar nəticəsində ictimai sağlamlığa təsir edə biləcək elementləri ehtiva edən məhsullar GÜBİS sistemi vasitəsilə qadağan edilərək ictimaiyyətə açıqlanıb.

Ankarada fəaliyyət göstərən Mümtaz Halı Yıkama, Muhittin Şahinə məxsus “Mucize” markalı Multi Spray General Cleaning məhsulunu bazardan geri çağırmaq qərarına gəlib.

Xatırladaq ki, ölkəmizdə də türk istehsalı olan təmizlik ləvazimatları satılır və online platformalardan da sifariş edilir. Bu səbəbdən dolayı vətəndaşları ayıq olmağa səsləyirik

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью