DİQQƏT! Saat 00:00 dan su kəsiləcək BU ƏRAZİLƏRDƏ

05.03.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Sabah Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
 

Bildirilib ki, yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə martın 6-da, saat 00:00-dan aparılacaq tikinti-bərpa işləri ilə bağlı qəsəbənin bəzi ərazilərinə gün ərzində suyun verilməsində məhdudiyyət olacaq.


Xidmət anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью