DİQQƏT! Sabah bəzi yollar bağlanacaq

28.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının iki rayonunda yollarda təmir və yenidənqurma işləri aparılacaq, bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işlərinə başlanılacaq. Eyni zamanda, Nərimanov rayonunda Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yolun hərəkət hissəsini genişləndirmək məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq. Marqarita pizza

Təmir və yenidənqurma işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью