DİQQƏT! Sabah bu ərazilərdə qaz OLMAYACAQ

20.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Kənd Ramanı” qaz xətti üzərində klapanın quraşdırılması və Xəzər rayonu, Binə Sovxoz yaşayış sahəsi və Məscid küçəsi ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar, 21.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 

Bildirilib ki, təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı qəsəbəsinin, C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, Xəzər rayonu üzrə isə Binə sovxoz yaşayış sahəsinin, Məscid və Ə.İsazadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью