DİQQƏT! Sabah bu ərazilərdə su kəsiləcək

27.10.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah Sumqayıt şəhərinin bir sıra ərazilərində aparılan təmir-tikinti işləri ilə əlaqədar içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bizim.Media bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
 

Bildirilib ki, sabah səhər saatlarından axşam saatlarınadək Kotec və Kimyaçılar qəsəbələri, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, həmçinin 7, 8 və 12-ci məhəllələrin bir hissəsi içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti işləri aparılacaq.


Bu səbəbdən həmin ərazilərdə suyun verilməsi dayandırılacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью