Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq
BAKU.WS xəbər verir ki, bu barədə report-a "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən bildirilib.
Məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.