DİQQƏT! Sabahdan bu avtobuslarda KONKRET

17.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 müasir və komfortlu avtobus sərnişinlərin xidmətində olacaq. CNG texnologiyası ilə təchiz edilən ekoloji cəhətdən təmiz avtobuslar 9-10 dəqiqəlik intervalla hərəkət edəcək.

Avtobuslarda gedişhaqqı nağdsız qaydada ödəniləcək. Gedişhaqqı 0.70 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl də Bakıda bir sıra marşrutların avtobusları yenilənib. Noyabrın 6-dan 203 nömrəli, noyabrın 13-dən isə 173A və 173B nömrəli marşrutlar üzrə yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью