DİQQƏT! Sumqayıtda qaz olmayacaq

22.09.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişndə fasilə olacaq.
Bu barədə Bizim.Media-ya "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin "Stansiya Sumqayıt", "Tuqzavod" və hərbi hissənin ətrafında yerləşən 159 mm-lik orta təzyiqli qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 22-də saat 13:00-dan etibarən təmir işləri yekunlaşana qədər 1000 abonentin qaz təchizatı dayandırılacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью