DİQQƏT! Ucuz maşınlar satışa çıxarıldı

11.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 15-də dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri və texniki avadanlıqlar növbəti hərraca təqdim ediləcək.

“Yeni Sabah” xəbər verir ki, ümumi ilkin satış dəyəri 47.700 manat təşkil edən hərracda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məxsus “Toyota Land Cruiser Prado” (14.000 AZN), 2009-cu il istehsalı “Hyundai Sonata” (8.200 AZN) və 2007-ci il istehsalı “Hyundai Tucson” (8.000 AZN) nəqliyyat vasitələri yer alır.

Bununla yanaşı, “Sumqayıt Bulvarı” MMC-nin balansındakı 2008-ci il istehsalı JMC markalı yük maşını 8.000 manata, Respublika Olimpiya Иdman Liseyinə məxsus 1997-ci il istehsalı “Hyundai Galloper” 4.000 manata, Maliyyə Nazirliyinə aid soyuducu və havalandırma avadanlıqları dəsti isə 5.500 manat ilkin qiymətlə alıcılara təklif olunur. Sərfəli qiymətə məhsullar

Qeyd edək ki, təkrar hərraca çıxarılan bu əmlakların satışında iştirak etmək istəyənlər müəyyən olunmuş start qiymətinin 10 faizi həcmində beh ödənişi həyata keçirməlidirlər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью