Diqqət və qayği davamli olanda

21.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallı rayonunun Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Bu gün, 21 avqust 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyə nümayəndələrinin iştirakı ilə I Qarabağ müharibəsi şəhidi Fuad Həsənovun Sığıncaq kəndində yaşayan anası Rəşxəndə Həsənovanı ziyarət edib.

Görüş zamanı şəhid ailəsinin qayğıları ilə yaxından maraqlanılıb, Rəşxəndə Həsənovanın səhhəti, sosial-məişət şəraiti və müraciətləri dinlənilib. Rayon rəhbəri şəhid ailələrinin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl davam etdirildiyini bildirib.

Rəşxəndə Həsənova ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib, rayon rəhbərinin mütəmadi görüş və ziyarətlərini yüksək qiymətləndirib.

Səfər çərçivəsində rayon rəhbəri Sığıncaq kəndində şəhid məzarlarını və şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətlərinin operativ həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.      

Əlihüseyn Şükürov,

Yeni həyat qəzetinin Baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью