DİQQƏT: Yeni peyvənd hazırlanır

28.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Britaniyalı alimlər xərçəngin inkişafını 20 il əvvəldən dayandıra biləcək yeni peyvənd üzərində çalışırlar. SİA “The Independent”ə istinadən xəbər verir ki, “GSK” əczaçılıq şirkəti və Oksford Universiteti birlikdə xərçəngöncəsi mərhələdə olan hüceyrələri hədəf alan peyvənd hazırlamağı planlaşdırırlar. Professor Sara Blaqden bildirib ki, həmişə xərçəngin bədəndə bir və ya iki il ərzində inkişaf etdiyi düşünülürdü: “Lakin əslində indi bilirik ki, normal hüceyrənin xərçəngə çevrilməsi prosesi 20 il, bəzən daha çox vaxt ala bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью