DİQQƏT! Yeni xəstəlik yayılır ÜST ün siyahısına salına bilər | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir. Son zamanlar estetik əməliyyatlara aludəçilik çox yayılıb.
Xüsusilə qadınlar durmadan görünüşlərində dəyişiklik etmək istəyirlər.
Hətta təklif edilir ki, estetik asılılıq Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) psixoloji xəstəliklər siyahısına salınmalıdır.
Globalinfo.az-a danışan psixoloq Gülnarə Əliyeva deyib ki, estetik əməliyyatların psixologiyamıza həm mənfi, həm də müsbət təsirləri var: Gülnarə Əliyeva “Görünüşündən narazı olanlar üçün uğurlu əməliyyat özünəinamı artırır, sosial münasibətlərdə rahatlıq yaradır.
Lakin estetik gözləntiləri reallıqdan uzaqdırsa və ya şəxs psixoloji ehtiyaclar yerinə, sadəcə vizual dəyişikliklərlə problemini həll etmək istəyirsə, bu zaman cərrahi müdaxilədən sonra məyusluğun, hətta depressiyanın yaranması mümkündür.
Ümumiyyətlə, mütəmadi olaraq plastik əməliyyata müraciət etmək psixologiyada xəstəlik hesab oluna bilər.
Bədən Dismorfik Pozuntu (Body Dysmorphic Disorder-BDD) adlandırılan narahatlıq zamanı insan bədəninin müəyyən bir hissəsini dəyişdirmək istəyir.
Başqaları həmin qüsuru görməsə belə, özü əksini iddia edir, dəfələrlə əməliyyata girirlər.
Tam oxu
Xəbəri oxu