Direktor həbs edildi KONKRET

03.02.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью