Direktor həbs edilib

24.01.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır. 
Məlumata görə, "Aqroservis" ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb. 
Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib. 
Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib. 
"Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub. 
Qeyd edək ki, hazırda "Aqroservis" ASC-nin sədri Mehman Veysəlovdur(qaynarinfo). 

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью