Direktor: Lənkəranda IT sahələri üzrə peşə ixtisaslarına tələbat artıb

06.04.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 aprel, AZƏRTAC

Son dövrlərdə bərpaolunan, kibertəhlükəsizlik və IT sahələri üzrə peşə ixtisaslarına tələbat artıb.

Bu barədə AZƏRTAC-a müsahibəsində Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Afər Kərimov məlumat verib.

Direktor bildirib ki, əvvəllər kənd təsərrüfatı sahəsi üzrə peşələrə maraq aşağı idi, lakin hazırda bu istiqamətə maraq əhəmiyyətli dərəcədə artıb.

“Ənənəvi ixtisaslara da tələbat yüksək olaraq qalır. Məsələn, aşpaz ixtisası hər zaman aktuallığını qoruyur”, - deyə direktor əlavə edib.

Müxbir – Aysel Azadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью