Direktor müəlllimləri təhqir edib? Araşdırma aparılır

01.03.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb. 

Modern.az xəbər verir ki, səs yazısından belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmayıb və buna görə onları təhqir edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılacaq, nəticəsi haqqında əlavə məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью