Direktor nazirlikdəki vəzifəsindən AZAD EDİLDİ

22.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib.

"Cebheinfo.az" xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub.

Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb.

İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью