Icma.az, Reyting.az portalına istinadən məlumat yayır. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128 nömrəli binanın 1-ci m
Bunu həmin vaxt təsadüfən mağazada olan Müjdə Hacıyevin oğlu görüb. O, bu barədə atasına telefonla məlumat verib və M.
Hacıyev dərhal mağazaya qayıdaraq oğlu ilə birlikdə həmin şəxsləri yaxalayıb.
Məlumata görə, hadisə yerinə dərhal Nərimanov Rayon Prokurorluğunun və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.
Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası M. Hacıyevin xəsarət alan oğluna ilkin tibbi yardım göstərib.
Müəyyən olunub ki, beton tavanı kəsərək mağazaya daxil olmaq istəyən dəstənin rəhbəri «MƏQAM» MTK-nın direktoru, Nəsimi rayon sakini İzzət Asif oğlu Nəsirovdur.
Bildirilir ki, oğurluğun qarşısı alınarkən betonkəsici alət İzzət Nəsirovun əlində olub.Dəstənin digər üzvləri Amid və Hüseyn adlı şəxslərdir.
İddia olunur ki, Amid adlı şəxs əvvələr polis orqanında xidmət edib.