Direktor və direktor müavinləri üçün test imtahanı keçirilib

24.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə test imtahanı keçirilib.

Bu barədə "Cebheinfo.az"-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub.  

Cari ildə keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət etmiş, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə imtahan keçirilib.

Namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.

Nəticələrlə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью