Direktor və müəllimlərin əlavə YAZI YÜKÜ Onlar bu işlərə görə ÖDƏNİŞ tələb edə bilərlərmi?…
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Məktəb direktorları və müəllimlər əlavə yazılar, qeydlər aparmaları ilə bağlı yüklənmələrdən narazıdır.
Onlar bildirir ki, elektron jurnallar, gündəlik plan, eləcə də, KSQ və BSQ-lə bağlı yazılar yazmaq, qeydlər aparmaq onların vaxtını çox alır.
Müəllimlər deyir ki, bu yazılara həsr etdikləri zamanı şagirdlərə faydalı olacaq məlumatlar əldə etməyə sərf etsələr, daha doğru olar.Bəs, onların bu əlavə yükünü necə azaltmaq olar?
Tədris prosesini uzun-uzadı vaxt alan yazılarsız həyata keçirmək olmazmı?Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə son 6-7 ildir ki, tədris proqramları ilə bağlı müəllimlərin müvafiq qeydlər aparmaları, həm sinif jurnalı, həm elektron jurnal işləmələri, həm də summativ qiymətləndirilmə ilə bağlı yazı işləri artıb:“Ona görə də məktəb direktorları və müəllimlərin bir çoxu bundan narazıdır:“Düşünürəm ki, bu, haqlı narazılıqdır.
Çünki müəllim 45 dəqiqə ərzində sinifdəki minimum 25, maksimum 40 şagirdin bilik və bacarıqlarını yoxlamalı və onlara yeni dərsi izah etməli, eyni zamanda əlavə yazı-pozulara vaxt ayırmalıdır.
Düşünürəm, Təhsil Nazirliyi, o cümlədən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məhz bu amilləri nəzərə alıb müəllimlərin belə yazı-pozu işlərini azaltmalıdır.
Burda çalışmaq lazımdır ki, təhsilverənlər öhdəliklərindəki 45 dəqiqəni şagirdlərin bilik və bacarıqlarına sərf etsinlər”.Digər təhsil eksperti Elşən Qafarov isə bunun normal olduğu qənaətindədir:“Bir çox hallarda bəzi müəllimlər və məktəb rəhbərləri istər şəxsi söhbətlərdə, istər sosial şəbəkədə belə fikirlər bildirirlər.
Tam oxu
Xəbəri oxu