Direktorların işə qəbulu zamanı üstünlük veriləcək namizədlər müəyyənləşib

21.11.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Şagird sayı 500-ə qədər olan ümumitəhsil müəssisələrində direktorların işə qəbul prosesində əsas prinsip həmin məktəbdə çalışan kadrlara üstünlük verilməsidir".

Ölkə.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli deyib.

"İlk mərhələdə müəssisənin özündə çalışan direktor müavinləri və müəllimlər arasından seçim aparılacaq. Namizədlərdən ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 70% və daha yuxarı olması tələb olunur", - Nurlan İsmayılbəyli bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью