Direktorun işdən çıxarılma səbəbi bəlli oldu KONKRET

22.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, direktorun işdən çıxarılma səbəbilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Metbuat.az-ın sorğusuna cavab verib.

Bildirib ki, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

“Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur”, – B.Məmmədov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью