Direktorun kabinetini dağıdan müəllim cərimələndi

06.02.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Lerik rayonunun Züvüç kənd orta məktəbinin direktoru ilə dalaşan müəllim cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, 1982-ci il təvəllüdlü kənd sakini Z.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xulqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Züvüç kənd orta məktəbində müəllim işəyən Z.M .məktəb direktorundan narazı olduğu üçün kabinetinə gedib. O, həmin məktəbin direktoru Sahil Ağayevin iş otağına daxil olaraq münaqişə yaradıb və kabinetində sənədləri dağıdıb. 

Məhkəmədə əməlindən peşman olduğunu bildirən müəllim himayəsində 4 azyaşlı uşağı olduğu üçün bağışlanmasını xahiş edib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 100 manat miqdarında cərimə edilib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью